Xaçmaz-Xudat yolunda qəza - 5 nəfər yaralandı

Xaçmaz-Xudat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, hadisəsi zamanı xəsarət alan 5 nəfər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Hazırda yaralıların müalicəsi travmatologiya şöbəsində davam edir.