Ələkbərov 9 aya təxminən 3 milyard dollar qazanıb - Siyahı

Ən varlı rus biznesmenlərin ümumi sərvəti 2019-cu ilin doqquz ayında 30, 613 milyard dollar artıb. Bu barədə “Bloomberg Billionaires Index”in (BBI) yeni hesabatında qeyd olunub.

Dünyanın 500 zəngin iş adamının yer aldığı siyahıda 23 rusiyalı qərarlaşıb. 

İlk beşliyə daxil olan Rusiya vətəndaşlarının siyahısı belədir:

1. Vladimir Potanin -“İnterros” holdinqinin rəhbəri və “Nornikel” şirkətinin baş direktorudur. Siyahıda 35-ci yerdə qərarlaşıb. 24,2 milyard dollar sərvətə sahibdir. Bu il 4,58 milyard dollar qazanıb.

2. Leonid Mihelson –“NOVATEK” və “SİBUR” iri auksionerlərinin rəhbəridir. Siyahıda 38-ci yerdədir. 23,1 milyard dolları var. 3,55 milyard dollar əldə edib.

3. Vladimir Lisin – “Universal Cargo Logistics Holding” və “NLMK” şirkətlərinin sahibidir. “Bloomberg”də 46-cı yeri tutub. 20,2 milyard dolları var. 2,30 milyard dollar qazanıb.

4. Vahid Ələkbərov –“LUKOYL” şirkətinin prezidenti 18,9 milyard dollarla 49-cu yerdədir. O, 2,87 milyard dollar qazanıb.

5. Aleksey Mordaşov –“Severstal” şirkətinin direktorlar şurasının sədridir. 18,5 milyard dollarla 54-cü yerdə qərarlaşıb. 1,08 milyard dollar gəlir əldə edib.

Bundan əlavə, “Volga Group” auksionerinin sahibi Qennadi Timçenko 3,61 dollar, “USM holding”in auksioneri və sahibi Alişer Usmanov 1,56 milyard dollar, “Yevrohima”nın rəhbəri Andrey Melnitsenko 1,95 milyard dollar, “Evraz”ın sahibi Roman Abramoviç 940 milyon dollar,”Renova”nın sahibi Viktor Vekselberq 869 milyon dollar əldə edib.