Azərbaycanın iqtisadi inkişafında yeni qələbə

Xəbər verdiyimiz kimi, sentyabrın 19-da  Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Azərbaycana səfər edib. Bu səfər çərçivəsində prezident İlham Əliyevlə görüş, iqtisadi, siyasi və mədəni sferada ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi yollarının müzakirəsi yeni uğurlu layihələrin başlanğıcı sayıla bilər.

Eyni zamanda səfər çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin “SINOMACH Group”un marketinq direktoru, “China CAMC Engineering” şirkətinin prezidenti Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşü ölkəmizin Çin və Azərbaycan əlaqələrində iqtisadi inkişafı üçün yeni bir era sayıla bilər. Görüş çərçivəsində qarşılıqlı investisiyaları cəlb etməklə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, kənd təsərrüfatı təyinatlı maşın və avadanlıqların istehsalı, logistika və digər xidmət sahələri üzrə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə “China CAMC Engineering” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu, Çin-Azərbaycan Aqrar-Sənaye Parkının yaradılması barədə  "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə “China CAMC Engineering” şirkəti arasında Anlaşma Memorandumu,  Azərbaycanın "Fresh Logistics” şirkəti və “China CAMC Engineering” şirkəti arasında mühəndislik, inşaat və təchizat müqaviləsi, imzalanıb. Bu müqavilələrin imzalanması eyni zamanda Azərbaycandakı əlverişli investisiya mühitinin və biznesə yüksək dövlət dəstəyinin göstəricisi kimi də qiymətləndirilə bilər.

Ölkəmizin Çin Xalq Respublikası ilə iqtisadi əlaqələrinin uğurlu nəticəsi kimi Azərbaycanın "Fresh Logistics” şirkəti və “China CAMC Engineering” şirkəti arasında imzalanan mühəndislik, inşaat və təchizat müqaviləsini də qeyd etmək lazımdır. Məhz bu müqavilə çərçivəsində respublikamızın münbit torpaq şəraitinə görə seçilən şimal zonasında – Xaçmaz rayonu ərazisində 500 hektarlıq sahədə Aqrosənaye parkının yaradılması nəzərdə tutulub. Bir neçə fazadan ibarət olacaq bu parkın ilkin fazasına Çinin dünyaca məşhur YTO traktor istehsalı zavodu və “Xinjiang Rising Sun Tomato” – tomat istehsalı şirkəti cəlb olunub. Əslində Aqrosənaye parkının şimal zonasında yaradılması həm də, coğrafi əhəmiyyət daşıyır. İstehsal olunan kənd-təsərrüffatı məhsullarının yaxın Rusiya bazarına ixrac edilməsi və ölkəyə xarici valyuta axının təmin edilməsi başlıca məqsədlərdəndir.

Fresh Logistics” şirkəti və “China CAMC Engineering” şirkəti arasında imzalanan mühəndislik, inşaat və təchizat müqaviləsi çərçivəsində Foton markalı 100 ədəd soyuducu maşınların alınması da planlaşdırılır. Bu isə ölkəyə gələn qida və dərman məhsullarının sağlam şəkildə daşınmasını, onların istehlakçıya sağlam şəkildə çatdırılmasını təmin edəcək.