İspaniyada “Coker”lə bağlı qadağa

İspaniyada “Coker” filmini maskalarla və oyuncaq silahlarla izləmək qadağan olunub.

Qadağaya əməl etməyənlər kinozaldan məcburi çıxarılacaq. Daha əvvəl bənzər tədbirlər 7 il əvvəl ABŞ-da da görülüb. Belə ki, Denver şəhərində kinoteatrda Cokerin digər filminin izlənilməsi zamanı tamaşaçılar kütləvi şəkildə atəşə tutulmuşdular.

Nəticədə 12 nəfər ölmüş, 50-dən çox insan yaralanmışdı.