Bodrum suya qərq oldu

Türkiyənin Bodrum şəhəri suyun altında qalıb. Daşqına səbəb yağan aramsız yağışlar olub.

Nəqliyyatın hərəkəti iflic olub, bir çox yollar bağlanılıb. Evlər, beş ulduzlu otellər su altında qalıb. Otel sahibləri qonaqlarını digər otellərə köçürməyə məcbur olub.

Hakim dairələr sakin və turistlərdən sakitliyi qoruyub saxlamağı və nəqliyyat vasitələrindən istifadə etməməyi xahiş edib.