Olimpiya milli yığma komandaların baş məşqçilərinin maaşları artırıldı

“Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinin maaşları 594 manatdan 890 manata qədər artırılıb.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilib.