Həbsdə olan Koçaryan əməliyyat olundu

Ermənistanın həbsdə olan sabiq Prezidenti Robert Koçaryan əməliyyat olunub.

Bu barədə eks-Prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan məlumat yayıb.

Onun sözlərinə görə, əməliyyat o qədər də çətin olmayıb: “Normal keçdi, vəziyyəti yaxşıdır”.

Soqomonyan Koçaryanın gözlənilmədən hansı səbəbdən əməliyyat olunduğunu açıqlamayıb.

Qeyd edək ki, Koçaryan son 9 gün ərzində xəstəxanaların birində 3 dəfə müayinə edilib. 

Xatırladaq ki, Robert Koçaryan 1 mart 2008-ci ildə etiraz aksiyaları zamanı konstitusion quruluşu pozmaqda günahlandırılır. Keçmiş Prezident 2018-ci ildə iki dəfə həbs edilsə də, daha sonra qısa müddətlik azadlığa buraxılmışdı. O,bu il iyunun 25-dən isə üçüncü dəfə həbs edilib.