Mopedini işıq dirəyinə vurdu, öldü

Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Qəza oktyabrın 8-də, saat 11 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini Elvin İsmayılov idarə etdiyi mopedi işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.