Türkiyənin Suriya əməliyyatı ilə bağlı Trampdan ilk - Açıqlama

ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlamasına münasibət bildirib.

Trampın ilk açıqlaması “ABŞ Türkiyənin Suriyada əməliyyatları dəstəkləmir” olub. O qeyd edib ki, ABŞ bu əməliyyatın yanlış addım olduğunu daha əvvəl Türkiyəyə bildirmişdi. 

Qeyd edək ki, “Sülh Çeşməsi” hərəkatından əvvəl ABŞ ordusu bölgəni tərk etmişdi.