Türkiyə ordusu Suriyada irəliləməyə davam edir

Türkiyə Silahlı Qüvvələri “Sülh Çeşməsi Hərəkatı”nın ikinci mərhələsinə başlayıb.

Türk ordusu artıq qurudan Suriyaya daxil olub. Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qurudan 4 istiqamətdə hərəkətə keçilib.

**

“Anadolu” agentliyinin Türkiyənin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, silahlı qüvvələr Suriyada Fərat çayından şərqə doğru hərəkətini davam etdirir.

Türkiyənin Milli Müdafiə Nazirliyi artıq 181 hədəfin hərbi təyyarə və artilleriya ilə vurulduğunu bildirib.