Moqerinidən Ankaraya Suriya ilə bağlı çağırış

Avropa İttifaqı Türkiyənin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatı ilə əlaqədar bəyanat yayıb.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini Suriya münaqişəsinin həllinə hərbi yolla nail olmağın qeyri-mümkün olduğunu bildirib.

“Aİ Türkiyəni birtərəfli hərbi əməliyyatlara son qoymağa çağırır. Şimal-şərqdə hərbi əməliyyatların yenidən başlaması bütün bölgənin sabitliyini daha da pozacaq, mülki əhalinin əzabını daha da artıracaq və əhalinin daha çox miqrasiyasına  səbəb olacaq. Suriyada sülhə nail olmaq üçün BMT-nin rəhbərlik etdiyi siyasi prosesin perspektivləri daha mürəkkəb olacaq”, -deyə məlumatda vurğulanıb.