Qarsda partlayış törədildi, əsgərlər yaralandı

Türkiyənin Qars şəhərində zirehli hərbi texnikanın keçidi zamanı terroristlər tərəfindən yola döşənmiş əl bombası partlayıb.

Nəticədə 6 əsgər, 3 nəfər isə təhlükəsizlik əməkdaşı yaralanıb. Yaralılar Kağızman Dövlət Xəstəxanasına çatdırılıblar.

Bölgədə güclü təhlükəsizlik tədbirləri görülüb.