ABŞ bu dəfə Türkiyəni müharibə ilə hədələdi

Suriyanın şimalında “Sülh çeşməsi” hərəkatının 120 saatlıq dayandırılması ilə bağlı ABŞ-la Türkiyə arasındakı razılığın müddətinin bitməsinə bir neçə saat qalmış Vaşinqtondan Ankaranı hədələyən bəyanatlar səslənib.

ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo “Prezident Donald Tramp ehtiyac yaranarsa, Türkiyəyə hərbi müdaxilə etməyə hazırdır” açıqlamasını edib:

“Sülhü müharibəyə dəyişmərik. Ancaq hərbi tədbir görülməsi lazım gələrsə, Tramp buna hazırdır”.

Xatırladaq ki, "Sülh çeşməsi" hərəkatı başlanarkən Tramp Türkiyəni iqtisadiyyatını məhv etməklə hədələmişdi.