Avropa bankları “Visa” və “MasterCard”dan imtina etməyi planlaşdırır

Avropanın 20-ə yaxın bankı bərabər şəkildə “Visa” və “MasterCard”ı əvəzləyəcək ümumavropa ödəmə sisteminin yaradılması üzərində çalışır.

Yeni ödəmə sistemi "PEPSI" (Pan-European Payment System Initiative) adlanır.

Məlumata görə, ödəmə sisteminin yaradılmasında Fransa banklarının əksəriyyəti iştirak edir. Bundan əlavə, işə Almaniyanın ən böyük banklarından biri də qoşulub.