Moskvada polis mayoru 10 mini yeyərkən tutuldu

Moskvada polis mayoru rüşvət alarkən yaxalanıb.

10 min rubl alan polis hüquq-mühafizə orqanlarının əməkdaşlarını görərkən əskinasları yeməyə başlayıb. Pulun 5 mini xilas olunub.

Mayor rüşvəti cinayət faktını ört-basdır etmək üçün alıb. Hazırda onu 1 ilədək həbs, cərimə və digər cəzalar gözləyir.