Gürcüstanda nazir istefa verdi

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixail Batiaşvili istefaya gedib.

Bu barədə ölkənin Baş Naziri Georgi Qaxariya hökumətin iclasında bəyan edib.

Onun sözlərinə görə, Batiaşvili şəxsi istəyi əsasında vəzifəsini tərk edib.

“Əlbəttə ki, hər şeydən əvvəl cənab Batiaşviliyə göstərdiyi zəhmətə, təhsildə sistemli və son dərəcə vacib bir islahata başlamasına və əlbəttə ki, son illərdə idman, elm və digər sahələrdə qazandığımız uğurlara görə təşəkkür etməliyik”, -deyə Baş Nazir bildirib.

O, Batiaşvilinin yerinə kimin gətiriləcəyi barədə məlumat verməyib.

Qeyd edək ki, M. Batiaşvili 2018-ci ildən nazir postunda olub.