“Filtr şirkətləri bizim suyumuzun anti-reklamı ilə məşğuldur”

“Bir çox hallarda su filtrləri özü çirklənmə mənbəyinə çevrilir”.

Bu sözləri “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransında deyib. Bildirib ki, həmin filtrlər mütəmadi olaraq təmizlənməli olsa da, çoxu bu nüansa diqqət yetirmir:

“Öz praktikamdan da bunu deyə bilərəm. Su filtrlərinin satışı ilə məşğul olan şirkətlər əsasən bizim suyumuzun anti-reklamı ilə məşğul olurlar. Ancaq biz suyun keyfiyyətinə xüsusi önəm veririk. Bizim suyumuza qarşı formalaşdırılan şübhələrin heç bir əsası yoxdur”.