Koçaryan yenə həbsdə qaldı

Yerevanın ümumi yurisdiksiya məhkəməsi bu gün keçirilən iclasda sabiq Prezident Robert Koçaryanın həbsdə qalmasına qərar verib.

Məhkəmə müdafiə tərəfinin Koçaryan barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativi olaraq girov müqabilində dəyişdirilməsi tələbini rədd edib.

Növbəti məhkəmə prosesi 12 noyabrda baş tutacaq.

Qeyd edək ki, R. Koçaryan 2008-ci il 1 mart aksiyaları zamanı konstitusion quruluşu pozmaqda təqsirləndirilir. 2018-ci ildə 2 dəfə həbs edilib sərbəst buraxılan eks-Prezident 2019-cu ilin iyununda yenidən tutulub.