“Atamın dəfn edildiyi qəbiristanlığa getmirəm”

Aparıcı Zaur Baxşəliyev dünyasını dəyişən atasının məzarını ziyarət etmir. Bu barədə o, aparıcısı olduğu “Bizimləsən” proqramında danışıb.

Zaur qeyd edib ki, insanlara sağlığında qiymət vermək lazımdır: “Atamı dəfn etdiyimiz qəbiristanlığa getmirəm. Çünki mənə o daş, donmuş şəkildə baxan şəkil lazım deyil. Atam bu həyatda yoxdur. İstəyirsiz məni qınayın, tənqid edin, nə istəyirsiz deyin.

Bir insan həyatda nə qədər varsa, başına pərvanə kimi dolanmaq lazımdır. Həyatda yoxdursa, get o daşı qucaqla, gözünün yaşını tök daşın dibinə, nə mənası var?”.