İsmayıllı: Dünən və bu gün, fərqli düşüncələr, fərqli yanaşmalar.

Azərbaycanın rayonlarına yolumuz düşəndə ölkədə gedən uğurlu və sürətli inkişafın hər bir rayonumuzda nəticəsini görmək olur. Bu günlərdə yolum düşən İsmayıllıda isə bunu daha aydın görmək olur. Bu isə o demək deyildir ki, İsmayıllı digər rayonlardan daha çox inkişafn edib, ona görədir ki, o biri rayonlar ölkə inkişafına 10-15 il bundan əvvəl qoşulsalar da  İsmayıllıda gedən inkişaf əsasən son 5-6 ili əhatə edir.  Bu səbəbdən İsmayıllıda gedən inkişaf, aparılan abadlıq-quruculuq işləri daha aydın sezilir. 2013-cü ildə İsmayıllıda baş verən hadisələr rayonda olan məmur özbaşınalığının, ləng gedən, hətda sürünən inkişafın, əhalinin həll olunmayan sosial problemlərinin məhsulu idi. 2013-cü ildə rayonda birdənə də olsun asfalt olunmuş küçə olmadığı halda, rayonda işsizlik ən yüksək səviyyədə olduğu halda, məmur özbaşınalığının baş alıb getdiyi bir dönəmdə rayondan nə yazan vardı nədə şikayət edən. Ancaq bu gün  bu qədər inkişafın getdiyi bir vaxtda nədənsə ən çox media hücmuna da elə İsmayıllı qalır. Nədir bunun səbəbi? Bəlkədə atalar demiş bar verən ağaca daş atan çox olar məsəlidi. Ancaq bütün bu yazılanları, baş verənləri dərindən təhlil edəndə mən bir həqiqəti görürəm ki, İsmayıllı rayonunda gedən inkişafa kölgə salmağa çalışanlar, “qulp” qoyanlar, mane olanlar var. Bununda müxtəlif səbəbləri ola bilər. Bir səbəb bəzi reket “jurnalist”lərimiz var ki, şər-böhtan yazmaqla şantaj edib nəsə almağa çalışırlar. İkinci səbəb isə 2013-cü ilə qədər ki vəziyyətin üstünü örtmək üçün belə yazılar kimlərinsə sifarişi ola bilər. Üşüncü səbəb isə bu gündə rayonda hansısa qaranlıq işlərlə məşğul olub amma diqqəti özündən yayındıraraq bütün diqqəti bir başa rayon rəhbərinə yönləndirmək fikrində olanların sifarişi ola bilər.

Bütün bunlar mənim apardığım təhlillərin nəticəsi olaraq mənüm düşüncələrim və məsələyə obyektiv yanaşmamdır. Amma ortada bir danılmaz reallıq var. İsmayıllı inkişaf edir. İsmayıllı günü-gündən gözəlləşir. İsmayıllını sevənlər bunlara sevinir. Sevməyənlər isə nə qədər şər-böhtan yazsalarda, yazdırsalarda öz daxili kibirləri öz içlərini yeyəcək. İsmayıllının inkişafına mane ola bilməyəcəklər. Çünki Möhtərəm Prezidentimiz İsmayıllını əmin əllərə tapşırıb.

Vahid Xəlilov,

Veteran jurnalist