Havay adalarında turistlərin helikopteri radardan itdi

ABŞ-ın Havay adalarında göyərtəsində 6 turistin və bir pilotun olduğu helikopter radarlardan itib.

Hadisə Kauai adasında olub. İlkin məlumata görə, helikopterin yoxa çıxmasına qeyri-sabit hava şəraiti səbəb olub. İtmiş sərnişinlərdən ikisi uşaqdır.

Turistlərin milliyəti açıqlanmayıb.