Keçmiş naziri ömürlük həbsə məhkum etdilər

Vyetnamın keçmiş İnformasiya və kommunikasiya naziri Nquen Bak Şon rüşvət aldığına və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə ömürlük həbsə məhkum olunub.

Hökm daha 13 nəfərə şamil edilib. Məlumata görə, ittiham olunanlar dövlət büdcəsinə çox milyonluq zərər vurublar.