Kürdəmirdə iki “06” toqquşdu: 1 ölü, 3 yaralı

Kürdəmirdə ağır yol qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü 1995-ci il təvəllüdlü Kürdəmir rayon Mollakənd sakini Xasanov Aslan Rüstəm oğlu “Vaz2106” markalı avtomaşınla yolda hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olan “Vaz2106” markalı avtomaşınla toqquşub.

Nəticədə sürücülərdən biri -  Xasanov Aslan Rüstəm oğlu aldığı ağır xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobildə olanlar isə Kürdəmir rayon Carlı kənd sakini 1984-cü il təvəllüdlü Kərimova Aygül Əlhüseyn qızı, Xəlsə kənd sakini 1938-ci il təvəllüdlü Rəhimov İsgəndər Həbiş oğlu və Carlı kənd sakini 2006-cı il təvəllüdlü Kərimov Rəhman Rəşad oğlu müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir RMX-nın travmatalogiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.