Somalidə avtomobil partladıldı, 90-dan çox insan öldü

Somalinin paytaxtı Moqadişoda avtomobilin partladılması nəticəsində 90-dan çox insan ölüb. Bu barədə “RİA Novosti” ölkə parlamentinə istinadən xəbər verib.

Qeyd edilir ki, ölənlər arasında 17 Somali polisi, 73 mülki şəxs və 4 əcnəbi var. Şəhər meri Omar Filişin sözlərinə görə, yerli universitetdə təhsil alan tələbələr də hadisə qurbanı olub. 

Ölkənin təhlükəsizlik xidmətlərindəki mənbənin verdiyi məlumata görə, partlayış nəticəsində Türkiyədən olan dörd mühəndis də həyatını itirib.

Parlamentdən bildiriblər ki, partlayışa görə bölgədə fəaliyyət göstərən heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.