Qəza 300 abonenti qazsız qoydu

Dünən saat 12:30 radələrində Binəqədi rayonu Binəqədi şosesində avtomobillə qaz xəttini vuraraq zədələyiblər.

Nəticədə fərdi yaşayış evlərindən birinin sayğacı da sıradan çıxıb. 300 abonentin qaz təchizatında müvəqqəti olaraq fasilə yaranıb.