İlin ən yaxşı musiqi albomları açıqlandı

“People” jurnalı 2019-cu ildə işıq üzü görən ən yaxşı on musiqi albomunu açıqlayıb.

Liderlər sırasında - Ariana Qrande “Thank u, next” plastinkası, Lizzo “Cuz I Love You” və Teylor Svift “Lover” albomları ilə qərarlaşıb.

Ən yaxşıların onluğuna, həmçinin, Billi Ayliş “When We All Fall Asleep”, “Where Do We Go?”, Lana Del Rey “Norman F-Rockwell”, Beyonse “Homecoming: The Live”, Maren Morris “Girl”, Ari Lennoks “She Butter Baby”, Karli Rey Cepsen “Dedicated” və Brittani Hovard “Jaima” albomları ilə daxil olublar.