2 “KamAZ” toqquşdu, sürücülərdən biri öldü

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Padar kəndində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşınlarının toqquşması nəticəsində sürücülərdən 1 ölüb. Ölən şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.