Ornella Muti Rusiya vətəndaşlığı almaq istəyir

İtalyan akrisa Ornella Muti rus dilini öyrənir və Rusiya Federasiyası vətəndaşının pasportunu almaq istəyir. Bunu Rusiyanın Əməkdar rəssamı Nikas Safronovun sərgisi zamanı jurnalistlərə açıqlamasında aktrisanın özü deyib.

“Mən Rusiyada rezidentəm, amma təəssüflər olsun ki, bütün sənədlərimi hazırlamamışam. Mənə deyiblər ki, biz sizə pasport verə bilmərik, mən istərdim. Burada mən özümü evimdəki kimi hiss edirəm, mən sizin mədəniyyətinizin bir hissəsini özümə hopdurmuşam”, - akrisa bildirib.

Muti öz rus kökləri barədə də xatırladıb. Onun babası çar dövründə həkim, nənəsi isə pianoçu olub. “Mən rus dilini öyrənirəm, amma təcrübə çatmır”, - aktrisa əlavə edib.

Öz növbəsində, Nikas Safronov ona dili öyrənməsində köməklik edəcəyinə dair söz verib. Bundan əlavə, o, zarafatca aktrisaya ona ərə gəlməyi təklif edib. Muti gülərək bu barədə düşünəcəyini deyib.