İsmayıllıdan Kütləvi İnformasiya Vasitələrinə müraciət

1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunaraq İsmayıllı rayonunda məskunlaşmış sakinlərin Kütləvi İnformasiya Vasitələrinə

Müraciəti

Hörmətli KİV rəhbərləri!

Son günlər bəzi KİV-lərdə İsmayıllı rayonunda məskunlaşmış Qərbi Azərbaycanlıların adından yayılmış video ilə əlaqədar bu müraciəti yazırıq. Video qeyri-obyektiv çəkilmiş, deyilənlər həqiqəti əks etdirmir. Hesab edirik ki, video çəkilişi kimlərinsə marağına əvvəlcədən qurulmuş senari əsasında hazırlayıblar. Biz Qərbi Azərbaycanlılara İsmayıllı rayonunda heç vaxtı ayrı seçkilik olmayıb. Rayon rəhbəri Mirdaməd Sadıqov tərəfindən  həmişə yaxşı qarşılanıb, xoş münasibət görmüşük. Rayon rəhbərliyi bizim kəndlərdə əhali ilə görüş-qəbullar keçirən zaman həmişə problemlərimizi dinləyib, problemlərimizin həlli üçün aidiyyatı üzrə tapşırıq verib. Kənddə qaz çəkilməsi üçün müraciət etmişik , rayon rəhbərliyi də aidiyyatı üzrə “Azəriqaz” dövlət müəssisəsinə müraciət edib. “Azəriqaz”dan caqvab veriblər ki, dövlət proqramında nəzərdə tutulub, yaxın vaxtlarda o kəndlər qazla təmin olunacaqdır. Rayon rəhbərliyi də bizi bu barədə məlumatlandırıb. Dövlət tərəfindən bizim kəndlərin yolu yenidən qurulub, bizə yeni su xətti çəkilib, yeni məktəb binası tikilib, kəndimizdə ehtiyacı olanlara onlarla ev tikilib. Biz həmişə Möhtərəm Prezidentimizin, dövlətimizin, rayon rəhbərliyinin qayğısını öz üzərimizdə görmüşük.

Biz bir daha bəyan edirik ki, həmin video qeyri-obyektiv çəkilib, həqiqəti əks etdirmir. Kimlərsə, hansısa maraqlarına çatmaq üçün bizlərdən istifadə etməsinlər. Biz İsmayıllılar həmişə dövlətimizə, dövlətçiliyimizə sadiqik.

Müraciəti öz imzalarımızla təsdiq edirik.