Şamaxıda vulkan püskürdü - 33 il sonra

Cras eget sem nec dui volutpat ultrices.

Şamaxıda vulkan püskürüb.

Təbiət hadisəsi gecə saatlarında rayonun Dağ Göylər kəndində baş verib. Kənd sakinlərinin sözlərinə görə, bu ərazidə sonuncu dəfə vulkan püskürməsi 1986-cı ildə baş verib.

Yerin altından çıxan torpaq qatı təqribən iki hektar əraziyə yayılıb.

Hadisə yerinə geoloqlar gəlib. 

***

Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov “Qafqazinfo”ya açıqlamasında digər palçıq vulkanlarının aktivləşməsi halının müşahidə olunmadığını bildirib:

“Püskürən vulkan Şamaxı rayonu ərazisində Məlikçobanlı palçıq vulkanıdır. Bu, dördüncü püskürmədir. Sonuncu püskürməsi 1977-ci ildə baş verib. Təqribən yarım hektardan artıq ərazini əhatə edir. Püskürmə nəticəsində vulkanın cənub hissəsində uzun çatlar əmələ gəlib. Çatların uzunluğu təqribən 100-150 metrdir. Çatlar cənuba doğru uzanmağa meyillidir. Digər palçıq vulkanlarının aktivləşməsi qeydə alınmayıb”.

 

 







 

Cras eget sem nec dui volutpat ultrices.
Cras eget sem nec dui volutpat ultrices.

Jane Smith18 Posts

Suspendisse mauris. Fusce accumsan mollis eros. Pellentesque a diam sit amet mi ullamcorper vehicula. Integer adipiscing risus a sem. Nullam quis massa sit amet nibh viverra malesuada.

0

TEST 23

TEST21

Leave a Comment