İstanbulun Eyyubsultan adlanan ərazisində tikilməkdə olan metro stansiyasında yanğın baş verib.
Boş konteynerdə söküntü işləri zamanı çıxan yanğın daha sonra digər konteynerlərə sıçrayıb.
Hadisə yerinə xeyli sayda yanğınsöndürən göndərilib. Qısa müddətdə lokallaşdırılan yanğında ölən və yaralanın olmadığı bildirilir.