Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 May-Respublika Günü münasibətilə dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına təbrik ünvanlayıb.
Ərdoğan tvitter mikrobloqundakı təbrikini Azərbaycan dilində yazıb:
“Azərbaycan Cumhuriyyətinin yaranmasının 101-ci ildönümünü səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”, - deyə Türkiyə prezidenti qeyd edib.